Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması vəziyyəti ilə bağlı 6 aylıq statistik məlumatları açıqlayıb.Bu haqda iqtisadçı ekspert Samir Əliyev öz fikirlərini bizimlə bölüşüb O bildirib ki, təəssüf ki, fond əvvəlki dövrlərlə müqayisədə bu dəfə açıqlamaya qorunan əmanətlərin həcmi barədə məlumatı daxil etməyib. Buna baxmayaraq əmanətlərin sığortalanması sahəsində son bir ildə (II rüb 2014 – II rüb 2015) müəyyən tendensiyaları müşahidə etmək olub:
2. Qorunan əmanətçilərin payı 91%-dən 90%-ə azalıb
3. Əmanətlərin dollarlaşmasının nəticəsi olaraq qorunan əmanətlərdə ABŞ dollarının payı 34%-dən 69%-ə yüksəlib. Manat əmanətlərin payı isə müvafiq olaraq azalıb və 62%-dən 27%-ə düşüb.
4. Fondun vəsaitlərinin illik gəlirliliyi 4,34%-dən 4,2%-ə enib
Əmanətlərin azalması iyun ayında da davam edib və 40 milyon manat azalaraq 7,56 milyarda manata düşüb. Ümumiyyətlə, əmanət qoyuluşu 4 aydır ki, azalır. 4 ayda əmanət qoyuluşu 5% və ya 371 milyon manat azalıb.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (30000 AZN qədər ) təyin olunmuşdur.