Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri bu il yanvarın 1-nə 87,463 mln. manat təşkil edib.
ADIF-in maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 35,1% azdır.
Hesabat dövründə fondun cəmi öhdəlikləri 3,7 dəfə artaraq 594,919 mln. manata, yığdığı sığorta ehtiyatları isə 20,4 dəfə artaraq 507,456 mln. manata çatıb.
2016-cı ildə ADIF-in topladığı sığorta haqları 26,476 mln. manat (2015-ci ilə nisbətən 6,8% çox), maliyyə gəlirləri 3,961 mln. manat (14,6% çox), əmanətçilərə ödədiyi kompensasiyalara görə banklardan geri aldığı vəsaitlər 83,638 mln. manat, ödədiyi kompensasiyalar 587,245 mln. manat (3,9 dəfə çox), inzibati və sair əməliyyat xərcləri 3,509 mln. manat (32,6% çox), maliyyə xərcləri 4,568 mln. manat (114 dəfə çox), sair xərcləri isə 1,314 mln. manat təşkil edib. Son nəticədə fondun ötən il zərəri 482,561 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,3 dəfə çoxdur.
Mənbə: Report.az