Əmanətlərin Sığortalanması Fondu müflis olan iki banka müraciət edib | Banco.az

Əmanətlərin Sığortalanması Fondu müflis olan iki banka müraciət edib

Əmanətlərin Sığortalanması Fondun (ADIF) “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Bu məlumat Fonddan bildirilib. 

Bu il yanvarın 28-də sığorta hadisəsi baş vermiş “Atrabank”ın qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank”ın baş ofisinə, “Qafqaz İnkişaf Bankı”nın qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı”nın baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Fondun məlumatına görə, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et