Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil | Banco.az

Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil

“Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi (artırılması) Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının gündəmində deyil”.

Bunu keçirdiyi mətbuat konfrasında ADIF-in icraçı direktoru Tural Piriyev bildirib.

“Məsələn, hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5% civarındadır. Fond isə illik 2,5%-ə qədər gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarla əmanət faizləri artarsa, onda sığortalanma faizinə yenidən baxmaq olar”, - deyə o, qeyd edib.

Xatırladaq ki, manat əmanətlərinin sığortalanma faizi 12%-dir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et