Əmanətlərin dollarlaşması səviyyəsi geriləməkdə davam edib | Banco.az

Əmanətlərin dollarlaşması səviyyəsi geriləməkdə davam edib

2019-cu ilin Oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi əmanətləri 205.8 milyon manat artaraq 8 milyard 811,1 milyon manata yüksəlib. Sentyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 milyard 605.3 milyon manata çatmışdı.

Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi manat əmanətləri 116.5 milyon manat artaraq 3 milyard 926.7 milyon manata, xarici valyutadakı əmanətləri isə 89.3 milyon manat artaraq 4 milyard 884.4 milyon manata yüksəlib.

2019-cu ilin Oktyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 44,6%-ni manat əmanətləri, 55,4%-ni xarici valyutadakı əmanətlər təşkil edib. Sentyabrın sonunda bu nisbət müvafiq olaraq 44,3% və 55,7% təşkil etmişdi. Beləliklə, manat əmanətlərinin dollar əmanətlərindən daha sürətli artması ilə əlaqədar olaraq fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin dollarlaşması nisbəti 0,3 faiz bəndi azalıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin Oktyabr ayının sonundakı 8 milyard 811,1 milyon manat cəmi əmanətlərin 6 milyard 623.8 milyon manatını və ya 75,2%-ni qısamüddətli (1 ilədək), 2 milyard 187.3 milyon manatını və ya 24,8%-ni uzunmüddətli əmanətlər təşkil edib.

Oktyabrda qısamüddətli əmanətlər 165 milyon manat, uzunmüddətli əmanətlər isə 40.8 milyon manat artıb.

Qısamüddətli əmanətlərin 3 milyard 277 milyon manatı cari hesablardır. Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda cari hesablar 164.4 milyon manat artıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et