"Azərbaycan Mərkəzi Bankı (AMB) elə məzənnə rejimi təklif edir ki, son nəticədə məzənnə bazardakı tələb və təklifdən asılı olaraq formalaşır".
Bunu qurumun Pul siyasəti Departamentinin direktoru Azər Ələskərov deyib.
"2017-ci ilin yanvar ayına qədər banklar xarttici valyutanın 4%-Ilk marjanı nəzərə almaqla alıb-sata bilərdi. Amma indi banklar rəsmi məzənnəyə yaxın məzənnə ilə alıb-satır", - o qeyd edib.
Bundan başqa, A.Ələsgərovun sözlərinə görə, Azərbaycanda əmanətlərin dollarlaşması da azalmaqdadır: "Əvvəllər bu nisbət 80% civarında idisə, təkcə ötən il 10 faiz bəndi azalıb. Düşünürük ki, uzunmüddətli dövrdə dollarlaşmanın azalması üçün inflyasiyanın səviyyəsi aşağı düşməlidi və makqoiqtisadi sabitlik olmalıdır".
Report.az