Əmanətlərin avtoprolonqasiyası nə deməkdir? | Banco.az

Əmanətlərin avtoprolonqasiyası nə deməkdir?

Prolonqasiya iki tərəf arasında əldə edilmiş saziş, razılıq və ya öhdəlik müqaviləsinin qüvvədə olma (etibarlılıq) müddətinin uzaldılması deməkdir. (İspan dilindən tərcümədə “prolongar” – yəni uzatmaq və vaxtını artırmaq mənasını verir).

Əmanətlərin avtoprolonqasiyası isə onların etibarlılıq müddətinin artırılmasını nəzərdə tutur.

Məsələn siz bir illik əmanət müqaviləsi imzalamısınız. Müqavilənin müddəti başa çatan vaxtı isə zəruri işləriniz olması səbəbindən banka yaxınlaşa bilmirsiniz. (müxtəlif səbəblər ola bilər: ölkə xaricində olmaq, ezamiyyətdə olmaq, yataq rejimində olmaq və ya həll edilməsi daha zəruri olan digər məsələlər).

Bu zaman sizin depozit müqavilənizin müddəti avtomatik olaraq uzadıla bilər ki, buna da avtoprolonqasiya deyilir.

Avtoprolonqasiya

Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə, həmin dövrdə əgər sizin əmanətinizə uyğun şərlər və tariflər qüvvədə olarsa, həmin məhsula müvafiq olaraq, əmanətin müddəti eyni şərtlərlə uzadılır. (məsələn yığım əmanəti 8%, 1 illik, faizlər müddətin sonunda)

Ən sərfəli kredit üçün müraciət et

Lakin bu o demək deyil ki, siz əmanətinizi yalnız daha bir il başa çatdıqdan sonra götürə bilərsiniz. Sadəcə əmanət bankda müddətdən artıq qaldığı dövr ərzində sizə analoji məhsul üzrə faizlər hesablanacaq.  Analoji məhsul olmadıqda, faiz dərəcələri bankın xidmət tarifləri və şərtləri ilə tənzimlənir. Siz banka müraciət etdikdə həm əmanət məbləğini, həmçinin ona həmin müddət ərzində hesablanmış faizləri heç bir itki olmadan alırsınız. Avtoprolonqasiya müştəriyə istənilən halda əlavə faiz və vaxt itkisi olmadan qazanc imkanı qazandırır.

Lakin o, heç də bütün banklarda aktiv deyildir.

Əgər müddət başa çatdıqdan sonra əmanət əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə əvvəlki şərtlərlə həmin müddətə uzadılmış hesab olunur, o şərtlə ki, bank da müqavilənin müddətinin uzadılmasına razı olsun Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır. Müqavilənin müddəti uzadıldıqda və yaxud avtomatik olaraq prolonqasiya edildikdə, bankın depozit üzrə faiz dərəcələri dəyişilərsə ona yeni faiz dərəcələri tətbiq olunur. Məsələn faizlərdə enmə varsa, depozitə həmin müddətdə hesablanan faizlər daha aşağı olacaq.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et