“Əmanətləri qaytarmaq üçün Fondda yetərli qədər vəsait var” | Banco.az

“Əmanətləri qaytarmaq üçün Fondda yetərli qədər vəsait var”

“Bağlanan hər iki bankda əmanətlər 100% sığortalanıb”.

Bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-ə müsahibəsində deyib.

O bildirib ki, bankların qanunvericiliyə uyğun şəkildə lisenziyası tam şəkildə ləğv olunduqdan sonra onlarda ləğvetmə prosedurlarının başlanması üçün məhkəməyə müraciət olunacaq: “Məhkəmənin müvafiq qərarı qəbul edildikdən sonra bankda ləğvedici öz fəaliyyətinə başlayacaq. Eyni zamanda, artıq tam sığortalanmış əmanətlərin geri ödənilməsi üzrə prosedurlar işə düşəcək. Bankın müflisləşməsinin baş verməsi sığorta halıdır. Beləliklə Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş banklarda qorunan əmanətlərin geri ödənməsi prosesinə başlayacaq. Bunun üçün Fondda yetərli qədər vəsaitlər var. Əlavə vəsaitlər Mərkəzi Bank tərəfindən ödəniləcək”.

R.Orucov müvəqqəti inzibatçı təyin olunmuş digər iki bankın gələcək taleyindən də danışıb: “Hazırda həmin banklarda da bütövlükdə situasiyanın qiymətləndirilməsi prosesi həyata keçirilir. Müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra müvəqqəti inzibatçılar Mərkəzi Banka nəticələri təqdim etməlidir. Məhz bu qiymətləndirmələrin nəticəsinə əsasən idarə heyəti tərəfindən qərar qəbul ediləcək. Hazırda bütövlükdə bank sektorunda situasiya stabildir. Bu nöqtəvi problemlərin ümumi sektordakı stabilliyə ciddi bir formada təsiri yoxdur, onunla xarakterizə olunmamalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et