Əmanətlərdə dollarlaşma daha da azalıb | Banco.az

Əmanətlərdə dollarlaşma daha da azalıb

Milli valyutadakı əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi İyul ayında 46%-dən 47,4%-ə yüksəlib, xarici valyutadakı əmanətlərin xüsusi çəkisi isə 54%-dən 52,6%-ə düşüb.

İyul ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 7 milyard 774 milyon 200 min manat təşkil edib. Əmanətlərin 3 milyard 984 milyon 900 min manatı və ya 47,4%-i milli valyutada, 4 milyard 89 milyon 300 min manatı və ya 52,6%-i xarici valyutalarda (əsasən ABŞ dollarında) yerləşdirilib. İyun ayının sonunda nisbətlər müvafiq olaraq 46% və 54% idi.

Xarici valyutadakı əmanətlərin xüsusi çəkisinin azalmasının səbəbi bu əmanətlərdə davam edən geriləmədir. Xarici valyutadakı əmanətlərdə azalma İyulda 72,1 milyon manat, cari ilin 7 ayı ərzində isə 416 milyon manat təşkil edib. Eyni zamanda, İyulda milli valyutadakı əmanətlər 67.8 milyon manat artıb, 7 ayda isə 863.7 milyon manat azalıb.

2015-ci ilin dekabr ayında xarici valyutadakı əmanətlərin cəmi əmanətlərdəki xüsusi çəkisi 85% təşkil etmişdi. (Marja)

Fiziki şəxslərin əmanətlərinin strukturu, milyon manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram