Əmanətlərdə dollarlaşma 45%-dən aşağı endi | Banco.az

Əmanətlərdə dollarlaşma 45%-dən aşağı endi

Monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır. Dövlət qiymətli kağızların gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqda davam edir. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirib. Pul bazası 8 ayda 4,5 faiz artıb. İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir. Bank sisteminin kredit portfeli avqust ayında 1,6 faiz, ümumilikdə 8 ayda isə 7,4 faiz artıb. İstehlak kreditləri 12,9 faiz, ipoteka kreditləri 12,2 faiz çoxalıb. De-dollarlaşma meyilləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44,7 faizə, kredit portfeli üzrə isə 26,8 faizə enib. Mərkəzi Bank pul siyasəti qərarları qəbul edərkən milli valyutada yığımların cəlbedici olaraq qalması və kredit qoyuluşlarının balanslı şəkildə artımını da diqqətdə saxlayır.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram