Əmanətlər üzrə faiz dərəcələri artıb | Banco.az

Əmanətlər üzrə faiz dərəcələri artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin sentyabr ayında qarışıq tendensiya göstərib. Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi avqust ayı ilə müqayisədə 0,2 faiz bəndi artaraq illik 8,75% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,15 faiz bəndi artaraq 5,12%-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Kommerisya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,42% və 10,10% təşkil edib. Xatırladaq ki, sentyabr ayının 1-nə bu göstəricilər manatda 12,28%, xarici valyutada isə 10,21% olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et