2018-ci ilin 9 ayında bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam etmişdir. Belə ki, milli valyutada cəmi əmanət və depozitlər 23.8% artmış, xarici valyutada isə 2.5% azalmışdır.
Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi dövrün əvvəlində 45.3%, 9 ayın sonunda isə 41.7% təşkil etmişdir.
Dövr ərzində fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəlindəki 66.5%-dən 62.6%-ə enmişdir (3,9 faiz bəndi azalıb).
Marja.az