"Əmanətlər stabil banklardan birinə köçürüləcək" | Banco.az

"Əmanətlər stabil banklardan birinə köçürüləcək"

"Bu gün Azərbaycanın bank sektorunda köhnəlmiş, bizə miras qalmış problemlər var və həmin problemləri sektorun aktivlərinin cəmi 3-4%-ni əhatə edir, yəni sistem əhəmiyyətli problemlər deyil".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Bildiyiniz kimi, ötən gün biz 4 banka inzibatçı təyin etdik, bu gün isə onlardan 2-nin lisenziyalarını ləğv etdik. Onlardan birində - "Atabank"da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi. Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Digər bank isə "Amrah Bank"dır. Təbii ki, bu bankların problemləri bu gün yaranmayıb, yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-yə müəyyən tövsiyyələr verildi, həmin tövsiyyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər", - deyə o, qeyd edib. 

"Bu bankların əmanətçilərin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq. Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa kredit almaq üçün AMB-yə müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var", - deyə E.Rüstəmov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Report

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et