Son zamanlarda bankların öz müştərilərinə təklif etdiyi kreditlər arasında əmanəti girov qoymaq müqabilində verilən kreditlərin sayı artıb.
Əgər ənənəvi əmanət məhsullarında faizlər əksər hallarda 20-30% təşkil edirsə, əmanəti girov qoyarkən götürdüyünüz kreditlərin faizi daha aşağı olur. Əsasən, həmin faiz depozit faizi + 3 və ya 5% ola bilir. Faizlərin aşağı olması müştəri üçün cəlbedici olsa da, krediti qaytara bilmədikdə o, öz əmanətini itirir. Belə ki, əmanətini girov qoymaqla, o, öz əmanəti üzərində sərəncam vermək hüququnu banka verir.
Daha bir risk isə girovda olan əmanətlərin sığortalanmaması ilə bağlıdır.
Həmçinin bax: Bankların əmanət girovu əsasında verdiyi kreditlər və şərtləri - Yeni 2022
Beləliklə, əmanətiniz olan bankdan kredit götürməyə tələsməyin, irəli düşmək istədiyiniz halda geri düşə bilərsiniz.
Könül Soltanova/Banco.az