Banklar müştərilərinə bir çox bank xidmət və məhsulları təklif edir. Bankların müştərilərə təklif etdiyi məhsullardan biri də əmanət təminatlı kreditdir. Əmanət təminatlı kredit, banka yerləşdirilmiş əmanətin müəyyən faizi qarşılığında əmanətə toxunmadan, ona bağlı kreditin ayrılmasıdır. Kreditin valyutası və kredit müddəti yerləşdirilmiş əmanətdən asılıdır. Bu kredit məhsulunu təklif edən bankları sizə təqdim edirik.
Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019
N |
Bankın adı |
Məbləğ |
Faiz |
Komissiya |
1 |
Access Bank |
Əmanətin 90%-i həcmində |
Əmanətin faiz dərəcəsi + 2%-7% artıq |
0,5% - 1% |
2 |
AFB Bank |
Əmanət məbləğinin 80% |
Əmanətin faiz dərəcəsinə 5% əlavə |
1% |
3 |
AG Bank |
Əmanət məbləğinin 50%-i |
Əmanətin faiz dərəcəsinə 3% əlavə |
1% |
4 |
Azər Türk Bank |
əmanət məbləğinin 90% |
Əmanət faizi + 3% |
fərdi qaydada |
5 |
Azərbaycan Beynəlxalq Bankı |
Əmanətin 70%-dək |
Milli valyutada - depozitin faiz dərəcəsi + 5% |
0.5% |
6 |
Bank Avrasiya |
Əmanətin 90% |
Əmanət faizi + 2% |
0% |
7 |
Bank BTB |
Əmanətin 80%-i |
Əmanət üzrə illik faiz dərəcəsi + 3% |
0.5% |
8 |
Bank Melli İran |
Əmanətin 80 faizi həcmində |
16% |
1% |
9 |
Bank of Baku |
AZN - əmanətin 70 % |
Milli - depozitin faiz dərəcəsi + 3% |
faiz >10 olarsa 0 % |
10 |
Bank VTB |
Manat – müştərinin bankdakı əmanətinin 90%-i |
əmanətinin illik faiz dərəcəsi +3% |
0% |
11 |
Express Bank |
İstehlak krediti - əmanətin 80 % |
Əmanət faizi + 3% |
|
12 |
Günay Bank |
Əmanətin 90%-dək |
Əmanət faizi +5% |
0.50% |
13 |
Kapital Bank |
Əmanət məbləğinin 80% |
Milli valyutada - əmanətin faiz dərəcəsi + 5% |
|
14 |
Xalq Bank |
Əmanətin 60%-dən 80%-ə qədər |
Əmanət faizi +2% və ya 4% |
0.1% |
15 |
Naxçıvanbank |
Əmanətin 90%-dək |
İllik 18% |
|
16 |
Nikoil Bank |
Əmanətin 90% həcmində |
Sığortalanmış əmanətin faiz dərəcəsi üzərinə +3% |
0% |
17 |
Turan Bank |
İstehlak krediti - əmanətin 50 % |
Əmanət faizi + 4% |
0.5% |
18 |
Unibank |
max 90% həcmində. ** |
Əmanətin faiz dərəcəsi + 3% |
1% |
19 |
Yapı Kredi Bank Azərbaycan |
Əmanətin 80% |
Əmanət faizi + 6% |
|
*
Müştərinin USD valyutasında mövcud olan bütün əmanətlərinə bağlı kreditlər üzrə (limitlərinin) qalıqların cəmi |
Əmanət üzrə cəlb etmə faizi 10 %-dən aşağı olduqda |
Əmanət üzrə cəlbetmə faizi 10% və yuxarı olduqda |
<10 000 dək (10000 daxil deyil) olduqda |
Cəlbetmə faizi+3,00% |
Cəlbetmə faizi+2,50% |
10 000-dən – 49 999-dək olduqda |
Cəlbetmə faizi+2,50% |
Cəlbetmə faizi+1,50% |
50 000-dən – 99 999-dək olduqda |
Cəlbetmə faizi+2,25% |
Cəlbetmə faizi+1,00% |
100 000 və daha yuxarı olduqda |
Cəlbetmə faizi+2,00% |
Cəlbetmə faizi+0,50% |
** Depozit təminatlı kreditlər nağd(annuitet və ya sərbəst cədvəl ilə_ və kredit xətti kimi plastik kart ilə verilə bilər. Şəxsiyyət vəsiqəniz ilə depozitiniz olan filiala kredit üçün müraciət edə bilərsiniz.Annuitet cədvəlli kredit əmanətin 90%-i həcmində (illik faiz dərəcəsi depozit faizi+3%), sərbəst cədvəlli əmanətin 70%-i həcmində(depozit faizi +3%), kredit xətti isə əmanətin həcmində 60%-i həcmində-20 000 AZN, USD, EUR-dan çox olmamaq şərti ilə verilir(illik faiz dərəcəsi əmanət faizi+3%,manatda min. 12%) təşkil edir. Kreditin müddəti depozitin bitmə müddətinə qədərdir.Kredit proseduruna görə komissiya 1%-dir.
Qeyd edək ki, araşdırma bankların saytlarındakı məlumatlara əsasən və bəzi banklarla online əlaqə saxlanılaraq hazırlanmışdır.
Nüsrət XƏLİLOV, banco.az