Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SpaceX” və “Tesla” şirkətlərinin CEO-su Elon Musk ilə görüşüb.
Bu barədə Anadolu agentliyi xəbər verir. “Elon Musk Turksat 5A və 5B peyklərinin kosmosa buraxılmasının müzakirəsi ilə bağlı Türkiyəyə gəlib” – deyə prezidentin mətbuat katibi bildirib. Ərdoğan amerikalı biznesmeni prezident sarayında qəbul edib. Məlumata əsasən onların görüşləri bağlı qapılar arxasında 1 saat davam edib. Həmin görüşdə həmçinin Türkiyənin nəqliyyat və texnologiya nazirləri də çıxış ediblər. Peyklərin kosmosa buraxılmasından əlavə olaraq Ərdoğan və Musk avtomobil istehsalı barəsində də müzakirələr aparıblar. Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən Türkiyə 2019-cu ildə öz ilk avtomobilini istehsal etməyi planlaşdırır
Mənbə: Technote