Elnur Hüseynquluyev: "2015-ci il “PAŞA Həyat” üçün daha uğurlu və yadda qalan il olacaq" | Banco.az

Elnur Hüseynquluyev: "2015-ci il “PAŞA Həyat” üçün daha uğurlu və yadda qalan il olacaq"

"PAŞA Həyat" şirkətinin Baş PR mütəxəssisi Elnur Hüseynquluyev şirkətin hal-hazırkı durumu və gələcək persperktivləri barədə müsahibə verdi

İlin başa çatan hissəsinə nəzər salsaq, 2015-ci il “PAŞA Həyat” şirkəti üçün necə keçir?

- Ötən ilin sonuna nəzərə salsaq, 2015-ci il də “PAŞA Həyat” şirkəti üçün tətbiq olunmuş strategiyaya uyğun qaydada uğurla davam edir. Düzgün istiqamətə yönəldilmiş strategiyada  2015-ci il “PAŞA Həyat” üçün daha uğurlu və yadda qalan il olcaq. Bu il ərzində şirkət tərəfindən bir çox yeniliklər olacaq ki, onlardan biri də bazara təqdim olunacaq yeni sığorta məhsullarıdır.  

Fevral ayından baş verən məlum devalvasiya “PAŞA Həyat” şirkətinə necə təsir göstərib?

-Məlum devalvasiyanın “PAŞA Həyat” şirkətinə heç bir zərərli təsiri olmayıb.

“PAŞA Həyat” şirkətinin cari il üçün planları necədir, hər hansı bir yeni məhsul üzərində işlər gedirmi?

- Azərbaycanın həyat sığortası bazarında daima öz dinamik ikişafı ilə diqqəti cəlb edən “PAŞA Həyat” şirkəti orta müddətli strategiyasına uyğun olaraq, 2015-ci il üçün illik planında Azərbaycan sığorta bazarı, o cümlədən müştərilərin tələblərinə cavab verə biləcək səviyyədə yeni sığorta məhsullarının hazırlanması və onun bazara təqdim etməsini nəzərədə tutub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür.

Bundan başqa, cari  il ərzində qarşıda bir çox planlar və hədəflərimiz də var. Bu planlardan biri də ölkədə həyat sığortası ilə bağlı maarifləndirmə işlərini daha geniş şəkildə davam etdirməkdir. Həyat sığortası sahəsi Azərbaycanda sığortanın yeni xidmət növlərindən olduğu üçün əhalinin bu haqda məlumatı və biliyi qənaətbəxş hesab olunan səviyyədə deyil. Azərbaycanda həyat sığortası sahəsinin potensialı çox böyükdür. Lakin bu sahənin daha sürətli inkişafı üçün maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda bazara ölkə əhalisi üçün əlverişli tariflərlə yeni sığorta məhsulları çıxarılmalıdır. Bir sözlə, bazar həyat sığortası məhsulları ilə zənginləşməlidir ki, müştərilər məhsul seçimində müxtəlif tariflərdən istifadə edə bilsin. Bunun məsuliyyəti isə birbaşa sığorta şirkətlərinin üzərinə düşür.

Bütün bunlarla yanaşı, şirkət korporativ sosial məsuliyyət proqramına uyğun olaraq, il ərzində müxtəlif sosial tipli layihələrin həyata keçirilməsində də yaxından iştirak etmək niyyətindədir.  

“PAŞA Həyat” əsasən korporativ müştərilərlə çalışır, şirkətin pərakəndə sektora, fərdi müştərilərə istiqmətlənmiş məhsulları da varmı ( əgər varsa, təxminən portfelin hansı hissəsini əhatə edir)?

Ən sərfəli kredit üçün müraciət et

-Əslində mövcud vəziyyət sizin sualda qeyd etdiyinizin tam əksinədir. “PAŞA Həyat” korpotaiv müştərilə yanaşı fərdi müştərilərlə də yaxından əməkdaşlıq edir və bu şirkətin sığorta portfelində də müvafiq göstərici ilə öz əksini tapıb. Hazırda “PAŞA Həyat” şirkəti həyat sığortası bazarına eləcə də, fərdi və korporativ müştərilərə 8 növ üzrə könüllü  həyat sığortası məhsulları, o cümlədən  “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası” və “sağalmaz xəstəliklərdən sığorta”, “annuited sığortası”, “kredit götürən şəxslərin həyat sığortası”,  “əmək qabiliyyətinin sığortası”, “işsizlik sığortası” və “vacib şəxslərin həyat sığortası” məhsullarını təklif edir. Sayından da göründüyü kimi bazara təklif olunan həyat sığorta məhsullarının çeşidinə görə, PAŞA Həyat” digər göstəriciləri kimi bazarın lider şirkəti hesab edilir.       

Qeyd edim ki, təkcə bu ilin yanvar-may aylarında şirkətin məcmu daxilolmalarının həcmi 29,451 mln. manata çatıb. Yığmların çox  hissəsi könüllü həyat sığortası növləri təşkil edib. Portfeldə könüllü həyat sığorta məhsullarının xüsusi çəkisinə gəldikdə isə bu rəqəm təxminən 68%-ə yaxın olub. Bu isə “PAŞA Həyat”da könüllü sığorta növlərinin dinamik inkişafından, eyni zamanda fərdi müştərilələrə göstərilən yüksək xidmətdən və müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasından xəbər verir.     

Mümkünsə şirkətin maliyyə vəziyyəti ilə bağlı məlumat verərdiniz: (nizamnamə və məcmu kapitalın həcmi, sığorta haqları və ödənişlərin həcmi)​

-Bildiyiniz kimi “PAŞA Həyat” həyat sığortası bazarının ən gənc iştirakçılarından biridir və təxminən 4 ilə yaxındır fəaliyyət göstərir. Çox qısa bir müddət ərzində şirkət bir çox nailiyyətlər əldə edib. Hələ 2011-cilin noyabrında fəaliyyətə başlayanda şirkətin nizamnamə kapitalının həcmi 7 mln. manat olub, artıq bu rəqəm 5,75 dəfə artırılaraq 40,250 mln. manata çatdırılıb. 

Hazırda şirkətimiz həyat sığortası bazarında cari ilin yanvar-may dövrü üzrə 29,451 mln. manatlıq (ötən ilin müvafiq dövrü ilə mqayisədə 51,14% və ya 9,303 mln. manat artım) sığorta yığımı ilə (bazar payı 51%) liderlik mövqeyinə malikdir.

Qeyd olunan dövrdə ödənişlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,5 dəfə artaraq

4,314 mln. manata çatıb. Ödənilən vəsaitlərin çox hissəsi könüllü həyat sığiorta növləri üzrə həyata keçirilib.

Hələ tam 4 illik fəaliyyət tarixi olmayan şirkətin qeyd olunan göstəricilərə nail olmasını düzgün strateji siyasətin nəticəsi kimi izah etmək olar.