Elmir Vəlizadə: “Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib” | Banco.az

Elmir Vəlizadə: “Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib”

“Azərbaycanda nəqliyyat sektoru əsas prioritet elan olunub”.

Bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Tbilisi İpək Yolu Forumunun “Avropaya qoşulmaq” mövzusunda keçirilən paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsi dövlətin inkişafı üçün yüksək prioritetə məxsusdur: “Son 15 ildə Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib. Ölkədə yüksək standartlara cavab verən yollar inşa edilir. Azərbaycanı Gürcüstanla əlaqələndirən belə yol artıq var. İranla yolların inkişafı istiqamətində işlər aparılır. Hazırda Rusiya istiqamətində bu cür yeni yol inşa edilir”.

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini Azərbaycanda dəmir yolu, dəniz və hava nəqliyyatı sahəsinin inkişafında əldə olunan nailiyyətlərə də toxunub.

E.Vəlizadə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük regional nailiyyət olduğunu qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et