Elman Rüstəmov yenidən sədr olacaq? | Banco.az

Elman Rüstəmov yenidən sədr olacaq?

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

İclasda Elman Sirac oğlu Rüstəmovun, o cümlədən, Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə olunub.

Millət vəkilləri Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirib, onun bank sistemindəki rolu barədə danışıblar. Bununla yanaşı, millət vəkilləri manatın devalvasiyası ilə bağlı Mərkəzi Bankın sədri E. Rüstəmova suallar ünvanlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra çıxış edən E. Rüstəmov artıq 5-ci dəfə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edildiyini bildirib. “Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur”, - deyə E. Rüstəmov vurğulayıb.

İclasın sonunda E. Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi plenar iclasda təsdiqlənməsi tövsiyə edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et