Elman Rüstəmov yenidən Mərkəzi Bank-a Rəhbər təyin olundu! | Banco.az

Elman Rüstəmov yenidən Mərkəzi Bank-a Rəhbər təyin olundu!

Bu gün Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü təyin edilməsi məsələsi müzakirə olunub.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, E. Rüstəmov artıq 20 ildir ki, AMB-yə uğurla rəhbərlik edir.Milli Məclisin İqtisadi siyasət komitəsində E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinə üzvlüyü məsələsi müzakirə olunduğunu xatırladan Z. Səmədzadə millət vəkillərinin E. Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O, eyni zamanda millət vəkillərinin X. Abdullayevin də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, E. Rüstəmov çox peşəkar kadrdır.

Daha sonra E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinin üzvlüyünə namizədliyi səsə qoyulub.

Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə təyin edib.