Elman Rüstəmov: Ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb | Banco.az

Elman Rüstəmov: Ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb

Qısa müddət ərzində milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb. 

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 

Onun sədrinin sözlərinə görə, son illər ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb. 

"Son 8 ayda Azərbaycanın strateji valyuta ehtiyatları 12% artıb. Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansında ümumi daxili məhsulun 2,5% qədər profisit yaranıb", - deyə AMB sədri qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

E.Rüstəmov onu da bildirib ki, Dünya Bankı bu günə qədər Azərbaycanda 50-dən artıq layihəyə 3,5 mlrd. dollar vəsait ayırıb. Hazırda qurumun ölkədə ümumi dəyərli 1,1 mlrd. dollardan çox olan 10 aktiv layihəsi var".

AMB sədrinin sözlərinə görə, Azərbaycan Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurlu əməkdaşlıq edir: ""Bunun nəticəsidir ki, IFC Azərbaycana 0,5 mlrd. dollar yardım ayırıb". 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et