Elman Rüstəmov: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Mərkəzi Bankın işini asanlaşdıracaq" | Banco.az

Elman Rüstəmov: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Mərkəzi Bankın işini asanlaşdıracaq"

Elman Rüstəmov: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Mərkəzi Bankın işini asanlaşdıracaq"

"Maliyyə Bazarlarına Nəzarət Palatası meqarequlyatordur". APA-nın Aran bürosu xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, daha öncə maliyyə bazarlarına nəzarət edən 3 qurumun (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Sığorta Nəzarəti Xidməti, Maliyyə Monitorinqi Xidməti - red.) 1 meqarequlyatorda birləşməsi Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməyi asanlaşdıracaq: "Çünki Mərkəzi Bankdan maliyyə sabitliyinin təmin olunması funksiyası alınmır və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə biz maliyyə sektorunda, xüsusilə bank sektorunda maliyyə sabitliyinin yaradılması istiqamətində birgə çalışacağıq".

Ən sərfəli kredit üçün müraciət et