Elman Rüstəmov: "Konsolidasiya prosesi başa çatıb" | Banco.az

Elman Rüstəmov: "Konsolidasiya prosesi başa çatıb"

Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb. "APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq", - deyə baş bankir bildirib.

Ən sərfəli kredit üçün müraciət et