"Elman Rüstəmov istefa verib" xəbərinə Mərkəzi Bankdan münasibət | Banco.az

"Elman Rüstəmov istefa verib" xəbərinə Mərkəzi Bankdan münasibət

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir.

İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.

Məlumata görə, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açqılama verib. N.Əliyev Mərkəzi Bankın mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını deyib.

Ən sərfəli kredit üçün müraciət et

 

SABAH MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK

Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Mərkəzi Bankdan "Marja"ya bildirilib ki, sabah saat 11:00-da faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçiriləcəkdir. 

 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et