Elman Rüstəmov əmanətlərin tam sığortalanmasından danışdı | Banco.az

Elman Rüstəmov əmanətlərin tam sığortalanmasından danışdı

"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddətinin daha 9 ay uzadılması əmanətçilərə arxayın olmaq üçün bir mesajdır".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Bu təcrübə bütün inkişaf etmiş ölkələrdə var. Vacib anda, böhran dövründə əmanətlərlə bağlı addım atılır. Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin yenidən uzadılması ilə bağlı məsələ qaldırılanda ölkədə koronavirus (COVID-19) pandemiyası yox idi, neft ucuzlaşmamışdı. Lakin qanunun qəbulu maliyyə bazarlarında ciddi sarsıntıların olduğu vaxta düşdü və hazırda maliyyə sektoruna əlavə sabitlik gətirməyə imkan verir. Bu sabitlik isə makroiqtisadi sabitliklə sıx bağlıdır", - o qeyd edib. 

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et