Elman Rüstəmov bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb | Banco.az

Elman Rüstəmov bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb. 

Bu barədə Mərkəzi Bankdan bildirilib. 

AMB-dən o da bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə etmişdir. Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et