Elman Rüstəmov bank sektorunu qiymətləndirdi | Banco.az

Elman Rüstəmov bank sektorunu qiymətləndirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri bank sektorundakı vəziyyəti qiymətləndirib.

Bu gün beynəlxalq fonda, eşitdiyimiz əsas leksika defolt, iflas, devalvasiya kimi sözlərdən ibarətdir. Təbii ki, bu fonda qarşıya çıxan əsas məsələlərdən biri də bank sektorundakı stabillikdir.

Bank sektorunda biz çox müasir stress testləşmədən istifadə edirik. Neftin müxtəlif qiymətlərində, fərqli bazar ssenarilərində bank sektorunda nələr baş verə bilər? Bütün stress testlər göstərir ki, Azərbaycan bank sektoru bu gün milli iqtisadiyyat kimi olduqca stabil və sabitdir. Əhalinin əmanətləri və digər hüquqi şəxslərin əmanətləri də əminlikdədir. Bütövlükdə bu biznes üçün nə daxili, nə xarici təhdid yoxdur.

Bu sabitliyin ən böyük göstəricilərindən biri də kapitallaşmadır, bank sektoru nə dərəcədə kapitallaşıb?

Biz bir neçə il öncə bankların kapitallaşmaya olan tələbini kəskin, birdən-birə 5 dəfə artıranda qarşımıza bir sıra başqa məqsədlər qoymuşduq. Əsas bank sektorunun dayanıqlı və stabil olmasıdır. Çox qısa bir müddətdə bank sektorunun kapitallaşması iki dəfədən çox artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün kapitalı 100 milyondan artıq olan 9 bankımız var.

10 il bundan öncə bank sektorunun bütövlükdə kapitalı 9 milyon manat idi. Bu ciddi kapital bufferinin mövcudluğundan xəbər verir. Beynəlxalq praktikada kapitalın adekvatlığı kimi göstərici var. Aktivlərin kapitala olan nisbəti dünya praktikasında 8%-dirsə, bizdə bu rəqəm 20%-dir, bu bizim sabitlik yastığımızdır.

Əgər bank sektorunun ikinci funksiyasına, maliyyələşdirmə funksiyasına gəlsək, onda bank sektoru iqtisadi artımı qabaqlayan templər ilə bu funksiyanı yerinə yetirir. Ötən il bankların həm aktivlərində, həm də kredit və depozit portfelində 18-19%-ə qədər artım olub. Bu isə o deməkdir ki, bank sektorunun artımı qeyri-neft sektorunun artımını (7%) qabaqlayır.

Ən sərfəli krediti almaq üçün müraciət et