Şəkərli diabet dünyada 380 milyondan çox insana təsir edən geniş yayılmış xəstəlikdir və davamlı olaraq nəzarətdə saxlanılmağı tələb edir.
Xəstələr adətən qanda qlükozanın səviyyəsini ölçmək üçün daşınıla bilən avadanlıqlardan istifadə edirlər. Bu qurğular barmaqdan alınan qanı analiz edərək şəkər səviyyəsini ölçə bilər.
Braziliya və Amerika alimləri bir insanın göz yaşları ilə qan şəkəri səviyyəsini etibarlı və ağrısız ölçə biləcək yeni bir biosensor hazırlayıblar.
Sözügedən biosensoru bir eynəyin içərisinə yerləşdirən elm adamları xəstənin hər dəfə göz yaşı tökdüyü zaman qan şəkərini ölçə bilirlər.
Daha sonra eynək nəticələri kompüterə ötürülür.
Yenilik təkcə şəkərin miqdarını deyil, həm də qanda olan vitamin və alkoqol səviyyələrini də ölçə bilir.
Ted.az