"Eli Lilly" əczaçılıq şirkəti "Verve Therapeutics"i satın alır | Banco.az

"Eli Lilly" əczaçılıq şirkəti "Verve Therapeutics"i satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yerləşən əczaçılıq şirkəti “Eli Lilly” ürək-damar xəstəlikləri üçün genetik dərmanlar hazırlayan “Verve Therapeutics”i təxminən 1,3 milyard dollar dəyərində sövdələşmə ilə alacaq.

Banco.az xəbər verir ki, “Eli Lilly” tərəfindən verilən açıqlamada bu satınalmaya dair ətraflı məlumatlar paylaşılıb.

Bəyanatda yalnız bir doza ilə ömür boyu ürək-damar riski azaldılmasını hədəfləyən genetik dərmanlar hazırlayan “Verve Therapeutics” şirkətinin satın alınması üçün razılaşma əldə olunduğu bildirilib.

Razılaşma çərçivəsində “Eli Lilly”nin “Verve” şirkətinin dövriyyədə olan bütün səhmələrini səhm başına 10,50 dollar nağd şəkildə satın alacağı və əlavə olaraq şərtlərə bağlı olaraq səhm başına 3 dollara qədər əlavə ödəniş imkanı təqdim ediləcəyi qeyd olunub.

Təxminən 1,3 milyard dollara qədər nağd ödəniş ediləcəyi vurğulanıb və satınalma prosesinin ilin üçüncü rübündə tamamlanmasının gözlənildiyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram