Elektronika mağazalarında kombi qiymətləri necədir? | Banco.az

Elektronika mağazalarında kombi qiymətləri necədir?

Mövsümdən asılı olaraq havaların soyuması insanların istilik sistemlərinə olan təlabatını artırır. Müasir dövrdə ən çox üstünlük verilən istilik sistemi növü kombilərdir. Kombi mənzilin istilik və isti su ehtiyacını qarşılayan bir cihazdır. Kombi alarkən evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Təbii ki, bu amillər məhsulun qiymətinə təsir göstərir. Bununla yanaşı məhsulun hansı brendə məxsus olması da onun qiymətinə təsirsiz ötüşmür.

Banco.az-ın araşdırmasına əsasən, məişət texnikası satışı ilə məşğul olan şəbəkələrdə kombi qiymətləri minimum 649.99 manatdan başlayır və maksimum 9760 manat aralığındadır. Bundan başqa da, kredit şərtləri şəbəkələrin əksəriyyətində 18 aylıq şərtlərlədir. Hazırda kombilər üzrə ən uzunmüddətli şərtlər isə “Kontakt” mağazalar şəbəkəsindədir: ilkin ödənişsiz, 21 aylıq, ayda 49 manatdan. Şəbəkə kombilərə 2 illik rəsmi istehsalçı zəmanəti də təklif edir. Bununla yanaşı, “Kontakt” mağazalarında oradan alınan kombi modellərini digər rəsmi şəbəkələrdə daha ucuz tapdığınız təqdirdə qiymət fərqinin 120%-i qədər endirim təklif edir və ya eyni qiymət fərqini geri qaytarır.

Beləliklə, elektronika şəbəkələrində kombi qiymətlərinin hansı aralıqda dəyişdiyini aşağıdakı cədvəldən baxa bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram