Elektron Tədris Platforması istifadəyə verilib | Banco.az

Elektron Tədris Platforması istifadəyə verilib

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ölkəmizdə pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (PL/TMM) sahəsində çalışanların bilik və məlumatlılıq səviyyəsinin, fəaliyyət səmərəliliyinin və peşəkarlığının artırılması məqsədilə Elektron Tədris platforması hazırlayıb.

Platformada təqdim olunan təlim videoları, əsas etibarilə, nəzarət, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, hakimlər, monitorinq iştirakçılarının məsul şəxsləri üçün nəzərdə tutulub. Bununla yanaşı, ali məktəblərdə təhsil alan tələbələr, tədqiqatçılar və müvafiq sahə üzrə bilik əldə etmək istəyən hər kəs təlimlərdən faydalana bilər.

Bu platforma auditoriyanın öz seçimi əsasında ona uyğun zamanda və məkanda öyrənməyə, habelə öyrəndiklərini qiymətləndirməyə kömək edəcək. Onlayn təlimlərə Maliyyə Monitorinqi Xidmətinin rəsmi saytından (https://elearning.fiu.az/) keçid almaqla qatılmaq mümkündür. 

Təlimlər vasitəsilə siz ayrı-ayrılıqda PL/TMM, PL/TMM metod və vasitələri, risk idarəçiliyi, müvafiq sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və təşkilatlar, onların fəaliyyət prinsipləri və digər əlaqədar mövzularla  bağlı zəruri biliklər əldə edə biləcəksiniz. 

Təlimçi heyətimiz PL/TMM sahəsində təcrübəli və peşəkar mütəxəssislərdir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılar sertifikat əldə edəcək.

Qeyd: E-learning platformasının  promo videosu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et