“Elektron pul kisəsi” mövzusunda maarifləndirici animasiya hazırlanıb | Banco.az

“Elektron pul kisəsi” mövzusunda maarifləndirici animasiya hazırlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini davam etdirir.

Mərkəzi Bank maliyyə xidmətləri istehlakçıları kimi əhalinin müxtəlif hədəf qruplarının iqtisadi və maliyyə maarifləndirilməsində müxtəlif məhsul və resurslar, həmçinin intellektual vasitələrdən geniş istifadə edir. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə işlərinin əhatə dairəsi mütəmadi olaraq genişləndirilir və zənginləşdirilir.

Maarifləndirilmə işlərinin effektiv təşkili məqsədilə uzun müddətdir ki, elektron “Maliyyə savadlılığı” portalı (www.bizimpullar.az) da istifadəyə verilmiş və onun məzmunu daima yenilənməkdədir. Bu məqsədlə aparıcı təşkilatlar, o cümlədən beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir. Portalda yerləşdirilmiş iqtisadiyyat və maliyyə sahəsinə aid resurslar bank xidmətləri və məhsulları üzrə izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının ölkə nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Elektron pul kisəsi” animasiyası hazırlanaraq istehlakçıların istifadəsinə verilmişdir. Maarifləndirici animasiyada konkret nümunələr əsasında elektron pul kisəsinin istifadəsinin üstünlükləri izah olunmuş, müxtəlif əhali qrupları arasında bu resursdan istifadə təşviq edilmişdir.

Yeni animasiya ilə https://bizimpullar.az/video-135 elektron ünvanından tanış olmaq olar.

Qeyd edək ki, bu resursun hazırlanmasında əsas məqsəd elektron ödənişlərin genişləndirilməsinin dəstəklənməsi, eləcə də elekron pul kisəsinin istifadə sahələri barədə əhalini məlumatlandırmaq və onların belə məhsullardan istifadə bacarıqlarını artırmaqdır. Bütövlükdə bu istiqamətdə hazırlanmış resurslar əhalinin rasional qərar qəbuluna intellektual dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et