Elektron İpoteka Sistemi tətbiq ediləcək | Banco.az

Elektron İpoteka Sistemi tətbiq ediləcək

Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci il fevral ayının 2-dən "Elektron İpoteka Sistemi"nin (EİS) tətbiqinə başlayır. Bu barədə fondun məlumatında deyilir.

"2 fevral tarixindən etibarən EİS sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə www.e-ipoteka.az daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir”, - deyə məlumatda qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə dəfondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.

interfax.az

Ən sərfəli krediti almaq üçün müraciət et