Azərbaycanda “Elektron imza” ilə bağlı qanunvericiliyin dəyişidirilməsi tövsiyə olunur.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ sənəd"də bildirilir.
“Elektron imza” ilə bağlı vəziyyət rəqəmsal bankçılığın inkişafına mane olur. Bunun səbəbi isə çox az sayda insanın “Elektron imza”sının olmasıdır. Bu imzaların məzmununun genişləndirilməsinə və mövcud alətlərdən faydalanmağa ehtiyac var. Mobil operatorların hesabat qurumu olaraq qəbul edilməsi nəticəsində mobil nömrələri identifikasiya aləti kimi qəbul etmək mümkündür. “Elektron imza”nın təqdim edilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi və banklara icazə verilməsi zəruridir”, - deyə sənəddə qeyd olunub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!