"Elektron hökumətin qurulmasının problemləri" | Banco.az

"Elektron hökumətin qurulmasının problemləri"

2020-ci ilədək Azərbaycanın dövlət qurumlarının bütün xidmətləri elektron formata keçiriləcək. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Elektron hökumətin qurulmasının problemləri" adlı birinci elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, hazırda 2013-cü ildə işə salınmış "Elektron hökumət" portalında istifadə edilə bilən xidmətləri əldə etmək üçün müraciətlərin sayı 6 milyona çatır: "Təqribən 1 milyon ölkə vətəndaşı dövlət qurumlarının aktiv istifadəçisidir".

Ə.Abbasov qeyd edib ki, yaxın vaxtlarda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə yeni dövlət proqramının təsdiq edilməsi gözlənilir: "Proqramın əsas məqsədi vətəndaşlara göstərilən elektron xidmətlərin sayının artırılmasıdır".

Ən sərfəli kredit üçün müraciət et

Hazırda elektron hökumət portalında 45 dövlət strukturunun təqribən 400 elektron xidməti əlçatandır.

Onun sözlərinə əsasən, hazırda elektron formaya keçirilməsi olduqca ağır iş olan bir sıra vacib xidmətlər mövcuddur: "Biz bunun üzərində işləmələyik. İlk növbədə, elektron hökumətin yaradılmasında əsas diqqət bu və ya digər dövlət strukturlarına müracət edərkən tez-tez müəyyən çətinliklərlə üzləşən əhali təbəqələrinə ayrılmalıdır. Buna görə də əsas vəzifəmiz əhalinin geniş təbəqələrinin inkişaf etməli olan genişzolaqlı xidmətlərə çıxışını təmin etməkdir".

trend.az