“Elektron hökumət” portalında elektron xidmətlərin sayı 421-ə çatıb | Banco.az

“Elektron hökumət” portalında elektron xidmətlərin sayı 421-ə çatıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Elektron hökumət” (www.e-gov.az) portalına inteqrasiya olunan xidmətlərin sayını genişləndirib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.

“DSMF “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” xidmətini www.e-gov.az portalına inteqrasiya edib. Beləliklə, DSMF-in portaldakı elektron xidmətlərinin sayı 13-ə çatıb”, - deyə məlumatda qeyd olunur.

Hazırda vətəndaşlar dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün DSMF-in departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edirlər.

Ən sərfəli kredit üçün müraciət et

“Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.

Beləliklə, istifadəçilərə “Elektron hökumət” portal üzərindən göstərilən elektron xidmətlərin sayı 421-ə çatıb.