Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu e-xidmətlərini "Elektron hökumət" portalı vasitəsilə daha sadələşdirilmiş şəkildə vətəndaşlara təqdim edəcək.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində fondun nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda məlumat verilib.
Görüşdə fond tərəfindən yaradılan onlayn ipoteka sisteminin portal üzərindən vətəndaşlara təqdimatı və bu prosesin qanunvericiliyə uyğun şəkildə təmin edilməsi məsələləri müzakirə olunub.