"Elektron diplomlara keçid üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır" | Banco.az

"Elektron diplomlara keçid üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır"

"Elektron diplomlara keçid prosesi üzrə işlər davam edir".

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bütün məlumat sistemləri toplanılıb: "Burada tələbə qəbulu prosesi, təhsil alan tələbələr və tələbə-məzun məlumatları yer alır. Vətəndaşlar məlumat bazası ilə diplomların həqiqiliyini onlayn qaydada yoxlaya bilərlər".

Nazir bildirib ki, elektron diplomlara keçid prosesi üçün bəzi məlumatların digər qurumlardan inteqrasiya olunmasına ehtiyac var: "Eyni zamanda, elektron diplomlara keçid ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır. Nazilik olaraq buna hazırıq”.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et