“Elektromobillər üçün şarj cihazlarının istehsalı bu sahəyə marağı artıra bilər” – İqtisadçı | Banco.az

“Elektromobillər üçün şarj cihazlarının istehsalı bu sahəyə marağı artıra bilər” – İqtisadçı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda elektrik avtomobili dolduran qurğuların istehsalına başlanacaq.

Məlumata görə, Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC 2025-ci ildə belə istehsala başlamaq niyyətindədir. Onların bütün ölkə ərazisində quraşdırılması nəzərdə tutulur.

Bu barədə daha ətraflı açıqlama verən iqtisadçı Rauf Qarayev  bildirib ki, daxili avtomobil bazarında mühüm mövqe tutan elektrik avtomobilləri üçün doldurulma qurğularının istehsalı müsbət addımdır:

“Hazırda enerji doldurma məntəqələrinin sayının azlığı problemə çevrilib. Əgər doldurma qurğuları istehsal edilərsə,bu xeyli sayda hibrid avtomobil istifadəçisi üçün rahatlıq təmin edəcək. Eyni zamanda digər alıcıların elektriklə çalışan avtomobillərə marağını artıracaq.Əgər özümüz enerji doldurma stansiyalarının sayını artıra bilsək onların artıq xaricdən alınmasına ehtiyac qalmayacaq.  Düşünürəm ki, zamanla bu seqmentdə fəaliyyət göstərən şirkətlərin sayı da arta bilər”.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et