Elektromobil bazarında qiymət rəqabəti artır | Banco.az

Elektromobil bazarında qiymət rəqabəti artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Elektromobil istehsalçısı “Nio” bütün modellərin başlanğıc qiymətini 30 min yuan (4200 dollar) endirib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri bazarı olan Çində daha çox müştəri əldə etmək üçün qiymət mübarizəsi qızışır.

Belə ki, yerli elektromobil istehsalçısı “Nio” da rəqiblərinə qarşı üstünlük əldə etmək üçün məhsullarının qiymətində endirim edib. Bugün şirkətin elan etdiyi bu qərar ona “Tesla” da daxil olmaqla digər elektrik avtomobil şirkətləri ilə rəqabətdə daha möhkəm bir mövqe qazandırıb.

Şirkət qiymət endirimlərinin dərhal qüvvəyə mindiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edə  ki, “Nio”nun avtomobil satışları yanvar-mart dövründə 31 min 41 olarkən, aprel və may aylarında isə ümumilikdə 13 min vasitədən az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et