Elektrikli avtomobillər yanacaq qənaəti və aşağı texniki xidmət xərcləri kimi, xüsusiyyətlərilə diqqəti cəlb etsə də, qiymətlərinin baha olması almaq barədə düşünənlərin fikirlərini dəyişə bilər.
Bir sığorta şirkəti avtomobilin uzunmüddətli perspektivdə xərclərini nəzərə alaraq elektrikli avtomobillərin daha əlverişli olduğunu aşkar edib.
Elektrokarların bazara girişindən bəri bu avtomobillərin qiymətləri ilə bağlı böyük mübahisə başlayıb. Bir çox insan elektrikli nəqliyyat vasitələrinin bahalı olduğunu, uzun müddət benzinli avtomobildən fərqlənməyəcəyi fikrini müdafiə edir.
İngiltərənin aparıcı sığorta şirkətlərindən biri olan Direct Line bu mövzuda araşdırma aparıb. Elektrikli avtomobillərin orta ömür müddətini 52.133 funt sterlinq hesablayan sığorta şirkəti benzinli avtomobilin ömürlük xərclərini 53.625 funt sterlinq (3% daha bahalı) təyin edib. Əlbəttə, bu qiymətləndirmə zamanı İngiltərədəki orta statistik elektrikli avtomobilin benzinli nəqliyyat vasitəsindən 22% daha bahalı olduğunu da nəzərə almaq lazımdır.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!