Elektrikli avtomobil qiyməti ucuzlaşacaq | Banco.az

Elektrikli avtomobil qiyməti ucuzlaşacaq

Yeni yayımlanan bir analizə görə, elektrikli avtomobillərin qiyməti 10 ildən daha qısa bir müddət ərzində ənənəvi avtomobillərin qiymətindən daha ucuz ola bilər.

Araşdırma şirkəti Deloitte batareya ilə işləyən avtomobillərin qiymətlərinin yüksək olmasını bu avtomobillərin istifadəsinin artmasının qarşısındakı ən böyük maneə olaraq dəyərləndirir. Aparılan analizdə isə 2022 – ci ildə elektrikli avtomobil qiymətlərinin ənənəvi avtomobillərə çatacağı ifadə edilib.

Ötən il ilk dəfə olaraq 2 milyondan çox satılan elektrikli avtomobillərin 2020 – ci ildə 4 milyon satılması proqnozlaşdırılır. 2025 – ci ildə 12 milyona çatması düşünülən satışların 2030 – cu ildə isə 21 milyondan çox olacağı təxmin edilir. “Tesla”, “Polestar” ve “Volkswagen” kimi şirkətlərin avtomobillərin qiyməti və müştəriləri narahat edən digər problemləri həll etmək üçün apardığı çalışmalar satışların artmasına səbəb olacaq. Deloitte Qlobal Avtomobil İstehlakçısı Anketinə görə, ABŞ vətəndaşlarının 26% - nın elektrikli avtomobillərlə bağlı ən böyük probleminin qiymətlərin bahalığı olduğu müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Elektrikli avtomobil satışları ənənəvi avtomobil satışlarını üstələyəcək

Elektrikli avtomobillərin qiyməti münasib olduğu zaman bu yeni avtomobillərin benzinlə işləyən rəqiblərini satışlarda kölgədə qoyacağı qaçılmaz olacaq. İlon Mask məsələ ilə bağlı bildirir ki, böyük ehtimalla qarşıdakı 10 il ərzində istehsal edilən yeni avtomobillərin əksəriyyəti elektrikli olacaq. Morgan Stanley də ənənəvi avtomobillərin 2028 – ci ildən sonra mənfəət qazana bilməyəcəyini, 2038 – ci ildə də elektrikli avtomobil satışının artacağını söyləyir.

Tamara Mustafayeva, Banco.az