Elektrikli avtomobil akkumulyatorları üçün yeni həll: Çindən asılılıq azala bilər | Banco.az

Elektrikli avtomobil akkumulyatorları üçün yeni həll: Çindən asılılıq azala bilər

Müəllif:Mehin Qasımova/Banco.az

Yeni Zelandiyada yerləşən bir şirkət elektrik avtomobillərinin akkumulyatorlarında yonqar tozundan istifadə etməyə başlayıb.

Şirkət atılmış yonqar tozunu sintetik qrafitə çevirməyə müvəffəq olub.

Banco.az  xarici mediaya istinadən xəbər verir ki,"CarbonScape" şirkəti, yonqar tozundan əldə edilən alternativ qrafitin daha davamlı bir həll təklif etdiyini və Avropanın litium-ion batareyalar üçün Çindən asılılığını azaldacağını bildirib.

Elektrikli avtomobil akkumulyatorlarının istehsalının açarı olan qrafit təbiətdə tapılan və hasil edilən bir maddədir. Sintetik qrafit neft məhsullarından istehsal olunur.

Baş direktor İvan Uilyamsın dediyinə görə, "CarbonScape" tərəfindən yonqar ağacından hazırlanmış qrafit daha ekoloji cəhətdən təmiz bir həll təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram