Elektrik mühərrikli avtomobil bazarında lider: Niyə ÇİN? | Banco.az

Elektrik mühərrikli avtomobil bazarında lider: Niyə ÇİN?

2016-cı ildə dünyada 96 milyon avtomobil istehsal olunaraq satılıb və demək olar ki, onların hamısı daxili yanacaq mühərriki (DYM) ilə təchiz olunub. Son 100 il ərzində, daxili yanacaq mühərriki quraşdırılmış avtomobillər və hazır neft təchizatçıları avtomobil biznesində dominantlıq edib. Lakin dəyişiklik küləkləri əsməkdədir, bir çoxları güman edir ki, 2 trilyon dollarlıq qlobal avtomobil biznesi Elektrik Mühərriklərinin (EM) ənənvi DYM-ləri əvəz etməsi ilə ciddi bir transformasiyaya uğrayacaq. 

Yeni elektrik inqilabı?

Hazırda yalnız elektrik mühərriki və hibrid - hər iki növ mühərrik (elektriv və daxili yancaq mühərriki) ilə təchiz olunmuş avtomobillərin sayının hər il istehsal olunan avtomobillərin heç 1%-ni təşkil etməməsinə baxmayaraq, çoxları hesab edir ki, biz “Elektrik İnqilabı”nın başlanğıcı ərəfəsindəyik. Qabaqcıl Wall Street araşdırma firması Bernstein iddia edir ki, yaxın 20 il ərzində, EM-lər illik qlobal maşın satışlarının 40%-ni və maşın parkinqlərinin 20%-ni təşkil edə bilər. Aparıcı, qlobal maliyyə servisi xidməti göstərən UBS kompaniyası inanır ki, elektrik mühərrikli avtomobillərin böyüyən bazar payı 2031-ci ilə qədər benzin tələbatına ölümcül zərbə vuracaq.

EM-lərin avtomobillərin gələcəyi olduğuna inanmağa əsas verən bir çox səbəblər var.

  1. Texnologiya xərcləri ciddi şəkildə aşağı düşüb və bu 5 il öncə ilə müqayisədə istehsalçıların xərclərini azaldıb, onların ümumi xərclərinin 20%-ni isə batareya xərcləri təşkil edir.  Həmçinin , növbəti texnoloji yenilikər, batareya tutumunun əhəmiyyətli dərəcədə artırılması Çində gündəmə gəlmişdir, bu da gələcəkdə onların qiymətini endirəcək.  
  2. Ikinci səbəb, elektrik doldurma infrastrukturunun hazırda, Çin, ABŞ və digər böyük ölkələrdə yaradılmasıdır – işə salınmasıdır.
  3. Son olaraq, elektrik mühərrikli avtomobillərin əməliyyat xərcləri, daxili yanacaq mühərrikli avtomobillərdən daha azdır, hətta bugünkü neft qiymətlərinin müqabilində. Texnologiya xərclərinin EM-lərin ilkin qiymətini aşağı salması onların DYM-lər ilə qiymət  rəqabət gücünü artıracaq, əməliyyat xərclərinin az olması isə EM-ləri istifadəçilər üçün daha qənaətcil məhsul edəcək.

EM sənayəsinin inkişafı baxımından, Çin digər ölkələri geridə qoyaraq liderlik mövqeyinə çıxmışdır. 2016-cı ildə Çində 507,000 EM və hibrid EM-lər satılıb, bu 2015-ci illə müqayisədə 53% artım deməkdir. Həmin müddətdə Avropada elektrik mühərrikli və qoşa- hibrid mühərrikli avtomobillərin satışı 222,200 olub, bir il öncə ilə müqayisədə 14% daha çox, Birləşmiş Ştatlarda satışlar bir il öncə ilə müqayisədə 36% artıb və 157,130 ədəd avtomobilə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəyə görə Çin belə öndədir?

Nəyə görə Çin elektrik mühərriklərinə belə geniş quccaq açıb? Cavab olduqsa sadə ola bilər, bəlkə ona görə ki, Çinin başqa bir yolu yoxdur. Ölkə olaraq, Çinin hərəkət edə biləcəyi üç cığır vardır.

  1. Birinci o, daxili yanacaq mühərrikləri ilə təchiz olunmuş avtomobillərin sürətli artımına göz yuma bilər ki, bu da ölkənin ekoloji vəziyyətinin daha da ağırlaşması (havanın çirklənməsi) və daima yanacaq asılılığına gətirib çıxarır.
  2. Hökumət vətəndaşlarının nəqliyyat seçimini məhdudlaşdıra və ətraf-mühitlə bağlı vəziyyətin balanslaşdırılmasına səy göstərə bilər.
  3. Ya da, hökumət EM texnologiyalarına qucaq aça və şəhərlərdəki havanı təhlükə altına qoymadan, öz vətəndaşlarına elektrik mühərrikli avtomobillərə sahib olmaq imkanı verə bilər. 

Daxili yanacaq mühərrikləri dünyaya gələndə, öz avtomobil –asılılığı olan icması, infrastrukturu və geniş torpaq sahələri ilə ABŞ dünyanın ən böyük avtomobil marketi idi. Bu gün isə dünyanın ən böyük avto bazarı Çindir və dünyada avtomobil tələbatının böyük hissəsi məhz onun payına düşür. Əhalisi 1,3 milyard olan Çində, həmçinin adam başına düşən mənfəət göstəricisi də yüksəlir, bu zaman fərdi nəqliyyatata tələbat yaranır, lakin bu tələbatı ənənəvi texnologiyalardan istifadə ilə, eyni zamanda ətraf mühiti qoruyaraq qarşılamaq mümkün deyildir.

Çin artıq dünyanın ən böyük avtomobil bazarıdır, 2016-ci ildə burada 28 milyon avtomobil istehsal edilib, 2015-ci ildə bu rəqəmin 40 milyona çatacağı gözlənilir. ABŞ yollarında, demək olar ki, hər kişiyə, qadına və uşağa bir maşın düşür. Çində isə hər 6 fərdə birdən az maşın düşür. Bu isə hələ də çin bazarının artım potensialını göstərir. Digər tərəfdən Çin şəhərlərində əhalinin sayı və sıxlığı ABŞ ilə müqayisədə daha yüksəkdir, bu isə orada ciddi ekoloji problemlər yaradır.  Bütün bu səbəblər EM-lərin Çində aktuallığını artırır. 

Könül Soltanova, Banco.az