Əlcəzair Avropaya elektrik enerjisi ixrac etməyə hazırlaşır | Banco.az

Əlcəzair Avropaya elektrik enerjisi ixrac etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əlcəzair Avropaya elektrik enerjisi ixrac etmək üçün hazırlıqlarını davam etdirir.

Banco.az xəbər verir ki, Əlcəzairin Energetika naziri Məhəmməd Arkab Əlcəzairin şərqindəki Əl-Bey əyalətində təbii qazla işləyən mobil elektrik stansiyasının açılış mərasimində iştirak edib.

O bildirib ki, ölkəsi elektrik enerjisinin dəniz yolu ilə Avropaya ixracı üçün hazırlıq işlərini davam etdirir.

“Əlcəzair 25 min meqavat gücü ilə elektrik enerjisi istehsalında mühüm diqqət mərkəzinə çevrilib. Bu, Əlcəzairi Aralıq dənizi hövzəsində elektrik enerjisi istehsalında aparıcı ölkələrdən birinə çevirib”, deyə nazir əlavə edib.

Çıxışı zamanı Nigeriya təbii qazının Avropaya nəqli istiqamətindəki səylərə də toxunan Arkab Nigeriya-Niger-Əlcəzair təbii qaz boru xəttinin tamamlanmasında mühüm bir addımın atıldığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et