ƏLAVƏ GƏLİR nə üçün lazımdır? | Banco.az

ƏLAVƏ GƏLİR nə üçün lazımdır?

Aldığı stipendiya ilə dolanan tələbə, aylıq maaşı gözləyən işçi, ailə büdcəsini idarə edən evdar qadın – kimliyindən asılı olmadan təkcə bir gəlir mənbəyi olan hər kəsi maraqlandıracaq bir sual var. Əlavə gəlir nə üçün lazımdı?

Təkcə bir gəlir mənbəyindən asılı olaraq həyatınıza davam etmək sizin üçün olduqca riskli vəziyyətdir. Çünki bu gəlirdən məhrum olacağınız təqdirdə ikinci bir seçiminiz yoxdur. Bu səbəbdən də əlavə gəlir mənbəyi tapmaq və əlavə gəlir əldə etmək həm daha rahat pul yığmağınız, həm də yaşayış standartlarınızı zəmanət altına almağınız üçün atılacaq ən mühüm addımdır.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə gəlir mənbəyi tapmaq üçün kiçik addımlarla irəliləməlisiniz. Əvvəla ikinci bir iş tapmalısınız. Bu, hazırki işinizə maneə yaratmayacaq və sizi həyatdan təcrid etməyəcək bir iş olmalıdır. Xüsusən hobbilərinizə uyğun işlər tapmağınız və ya təşkil etməyiniz daha məsləhətlidir. Bu zaman siz həm sevdiyiniz fəaliyyət sahəsi ilə məşğul olacaq, həm də pul qazanacaqsınız. Qeyd edək ki, dünyanın hər yerində insanların əksəriyyəti daha yaxşı yaşamaq üçün əlavə gəlir mənbəyi axtarışındadır.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et