06.10.16-cı il tarixində Four Season otelində keçirmiş olduğu təqdimat ilə Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ bankçılıq texnologiyasını ölkəmizə gətirmiş oldu.
Bakı şəhərində bankın Elektron Şöbəsi müştərilərin istifadəsinə verilib.
Müasir texniki vasitələrlə təchiz olunmuş şöbədə müştəri bank məhsul və xidmətlərindən cəmi bir neçə dəqiqə ərzində faydalana bilər.
Müştəri unikal ƏLAmatik avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Burada bir neçə dəqiqə ərzində, yerindəcə kredit almaq, ödəniş kartını əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək və digər əməliyyatları yerinə yetirmək mümkündür.
Burada ƏLA kartı sifariş edib, cəmi bir neçə dəqiqədən sonra hazır kartı götürmək mümkündür.
ƏLA köçürmə sistemi ilə pul göndərmək də çox asandır: müştəri sadəcə ƏLAmatik avadanlığına əskinasları yerləşdirib xüsusi kod alır, vəsaiti alacaq şəxs isə pul məbləğini həmin kod ilə Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatından dərhal götürə bilir.
ƏLA xidmətlər çeşidinə həmçinin ƏLAxətt (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), ƏLAvə (mobil applikasiya), ƏLA çatdırılma (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), ƏLAdepozit və ƏLAc krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir.
“ƏLA – Ən Lazımi Anda” brendi altında işləyəcək elektron şöbə paytaxtın Əliyarbəyov küçəsi, 9 ünvanında (Fəvvarələr meydanı) yerləşir və 24/7 rejimində çalışır.
ƏLA xidmətlər barədə ətraflı məlumatı www.ela.az internet səhifəsində və www.facebook.com/elabankaz səhifəsində əldə etmək mümkündür.