“Ekspressbank ASC” 2016-cı ilin yekun maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, 31 dekabr 2016-cı il tarixinə bankın cəmi aktivləri 286 mln. 822 min manat olub.
Qeyd edək ki, ötən il 30 sentyabr göstəricilərində bankın cəmi aktivləri 287 mln. 87 min manat olub.
Bankın kredit portfeli isə 199 mln. 320 min manat təşkil edib.
2016-ci ilin ilk rübündə isə bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 252 mln. 144 min manat idi.
Ötən ilin son rübündə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 92 mln. 690 min manat olub.
Bankın kapitalı artıb!
Sözügedən dövrdə bankın cəmi kapitalı 142 mln. 32 min manat təşkil edib. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi kapitalı 1,3 mln. manat artıb.
Bank ötən ili yekun olaraq 439 min manat xalis mənfəət ilə başa vurub.
Ölkənin ilk kommersiya bankı olan Expressbank 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib.