Ekspertlər COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həlləri müzakirə edib | Banco.az

Ekspertlər COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həlləri müzakirə edib

Azərbaycan, İsrail, Qazaxıstan, Estoniya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) olan ekspertlər pandemiya şəraitində dövlət idarəetməsinin səmərəliliyini və dövlət xidmətlərinin keyfiyyətini artırmağa yönəlmiş rəqəmsal həllər təqdim ediblər.

Astana Dövlət Xidməti Mərkəzinin sessiyası Beynəlxalq İnzibati Elmlər İnstitutunun (IIAS, Belçika) onlayn konfransı çərçivəsində 20-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə keçirilib.

Sessiyanı açan Astana Dövlət Xidməti Mərkəzinin İdarəetmə Komitəsinin sədri Əlixan Baymenov karantin, sosial məsafə və məsafədən işləməyən müasir informasiya texnologiyalarından istifadəsini sürətləndirdiyini qeyd edib. O, yalnız müasir texnologiyaların tətbiqinə deyil, həm də yeni şəraitdə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına təsir edəcək təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov vətəndaşlara yaxın ətrafda potensial COVID-19 daşıyıcıları olduğu barədə xəbərdarlıq edən “e-Tabib” mobil tətbiqi, “e-mask” respiratoru və başqa innovativ həllər və məhsullar təqdim edib. O, karantin şəraitində vətəndaşların hərəkətinin onlayn rejimində qeydiyyata alınma sistemi barədə ətraflı danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Türkistan Akimatı da Azərbaycanın təcrübəsindən istifadə edərək oxşar onlayn sistem hazırlayıb.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et