Ekspertlər Çinin ilin II rübündə daha sürətlə böyüyəcəyini düşünürlər | Banco.az

Ekspertlər Çinin ilin II rübündə daha sürətlə böyüyəcəyini düşünürlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ekspertlər Çin iqtisadiyyatının ikinci rübdə daha sürətlə artım göstərəcəyini düşünürlər.

Banco.az xəbər verir ki, 1 may bayramı ilə bağlı olaraq elan edilən tətil günlərində Çinin bütün turistik yerləri ziyarətçi axını ilə üzləşib. Bu hadisənin ölkə iqtisadiyyatına müsbət təsir göstərməsi ilə yanaşı, son zamanlar beynəlxalq maliyyə qurumları dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı artım proqnozlarını da yuxarı istiqamətli dəyişiblər.

Çin Milli Statistika Bürosunun məlumatlarına görə, aprel ayında ölkənin emal sənayesində də artım tempi davam edib və bazar gözləntiləri qorunub.

Bu göstəricilər fonunda çinli ekspertlər belə qənaətdədirlər ki, iqtisadi artım ilin ikinci rübündə birinci rüblə müqayisədə xeyli sürətlənəcək. Onlar bu düşüncələrini ölkədə tələbatın müntəzəm olaraq artması və istehsalda genişlənmə tendensiyasının davam etməsi ilə, həmçinin istehlak potensialının sürətlə ortaya çıxmağa başlaması ilə əsaslandırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et